16:19 - 8.08.2025
8 avqust, Fineko/abc.az. “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.
Bu barədə ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir.
Bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.
Məlumata görə, hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur.İşlərin qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026