16:05 - 7.08.2025
7 avqust, Fineko/abc.az. Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
ABC.AZ Azərbaycan Dəmir Yolları QSC-yə istinadla xəbər verir ki, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.
“Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”, - deyə məlumatda bildirilib.
3 Avqust 2026
4 Avqust 2026