15:11 - 1.08.2025
1 avqust, Fineko/abc.az. Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 14,9 %-i və ya 748,3 milyon dolları “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olub.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur (Report).