Əyləc sistemindəki nöqsana görə "Ford" 312,120 avtomobili geri çağıracaq

14:44 - 1.08.2025


1 avqust, Fineko/abc.az. “Ford” avtokonserni əyləc sistemində olan nöqsanla əlaqədar 312,120 avtomobili geri çağırmağı planlaşırır.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Milli Avtomobill Yollarında Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Problemə səbəb avtomobillərin əyləc sistemində ani əyləc yardımçısının tormozlama məsafəsini uzatmasıdır.

Geriçağırılmanın 2025-ci ilin “Lincoln Navigator”, “F-150”, “Expedition” , “Bronco” və “Ranger” modellərinə aid olduğu bildirilir.