12:15 - 1.08.2025
1 avqust, Fineko/abc.az. Donald Tramp onlarla ölkəyə dair avqustun 1-dən qüvvəyə minəcək rüsumların tətbiqi haqqında fərman imzalayıb. Maraqlıdır ki, siyahıda Çin və Rusiya yoxdur.
ABC.AZ xəbər verir ki, Avropa İttifaqı üçün 15 faiz, Moldova üçün 25 faiz, Serbiya üçün 35 faiz, İsveçrə üçün 39 faiz, Hindistan üçün 25 faiz tariflər tətbiq edilir.
Ayrı bir fərmanla Tramp Kanada üçün rüsumları 25%-dən 35%-ə qaldırıb.
Yeni rüsumlar fonunda dünya indeksləri düşməyə başlayıb. MSCI Asiya Pasifik indeksi 0,5% azalıb. S&P 500 fyuçersləri 0,3%, Avropa səhmləri isə 0,4% azalıb, İsveçrə frankı da zəifləyir.