15:32 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Amerikanın “Apple” şirkəti ilk dəfə Çindəki mağazalarını bağlayır.
ABC.AZ xəbər verir ki, bu barədə “21st Century Business Herald” məlumat verib. Qeyd edilib ki, Dalianda yerləşən “Apple Store” avqustun 9-da bağlanacaq.
Şirkət bağlanma səbəbini açıqlamayıb. Dalian mağazası 2015-ci ilin oktyabrında açılıb. Bu, Daliandakı birinci, Çinin şimal-şərqindəki Lionin əyalətində isə ikinci rəsmi “Apple Store” olub.
“Apple”ın 2025-ci maliyyə ilinin ikinci rübü üçün maliyyə hesabatlarına görə, şirkətin gəliri bir əvvəlki ilə nisbətən 5% artaraq 95.36 milyard dollar təşkil edib. Eyni zamanda, materik Çində gəlir əvvəlki illə müqayisədə 2% azalaraq 16 milyard dollara düşüb.
4 Avqust 2026
4 Avqust 2026