İstanbul Hava Limanı sərnişin axını üzrə Avropa hava limanları arasında rekord müəyyən edib

11:41 - 29.07.2025


29 iyul, Fineko/abc.az. İstanbul Hava Limanı (IGA) Avropa hava limanları arasında bir gündə sərnişin axını üzrə yeni rekord elan edib: ötən bazar günü 272 132 səyyaha xidmət edib. Əvvəlki ən yüksək göstərici 2024-cü il iyunun 30-da qeydə alınmışdı və Londondakı Hitrou hava limanına (268 min sərnişin) məxsus idi.

ABC.AZ xəbər verir ki, bu ilin əvvəlində İstanbul Hava Limanında üçüncü uçuş-enmə zolağı istifadəyə verilib. Bu yenilik hava limanının saatlıq buraxılış qabiliyyətini 120 reysdən 148 reysə qədər artırmağa imkan verib.

İstanbul hava limanı Avropanın ən çox yüklənmiş hava limanı olmağa davam edir. Siyahıya həmçinin daha əvvəl qeyd olunan Hitrou, Parisdə yerləşən Şarl de Qoll hava limanı və Frankfurt hava limanı da daxildir. İstanbulun digər hava limanı – Sabiha Gökçen hava limanı isə ilk onluğu tamamlayır.