10:55 - 29.07.2025
29 iyul, Fineko/abc.az. 28 iyul 2025-ci il tarixinə olan məlumata görə, “Nvidia”nın bazar kapitallaşması 4.3 trilyon dolları ötərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
ABC.AZ xəbər verir ki, nu, Amerika fond indeksləri olan “S&P 500” və “Nasdaq”da artım fonunda baş verib.
“Nvidia”nın dəyəri süni intellekt sahəsindəki sürətli irəliləyişlər səbəbindən artır. Belə ki, şirkətin yüksək performanslı çipləri bu texnoloji inkişafın mərkəzində dayanır.
Dünyanın ən dəyərli 10 şirkəti reytinqində həmçinin “Microsoft” (3.8 trilyon dollar), “Apple” (3.1 trilyon dollar), “Amazon” (2.4 trilyon dollar), “Alphabet” (2.2 trilyon dollar), “Meta” (1.8 trilyon dollar), “Saudi Aramco” (1.6 trilyon dollar), “Broadcom” (1.3 trilyon dollar), TSMC (1.2 trilyon dollar) və “Tesla” (1.1 trilyon dollar) yer alır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026