“ЗОЛОТОЙ КОЛОДЕЦ” adı iş adamları arasında mübahisə yaratdı

17:31 - 28.07.2025


28 iyul, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “AYAN” MMC-nin müraciəti əsasında fiziki şəxs Qədirov Məhəmmədəli Mahmud oğlu barəsində araşdırmaya başlayıb.

ABC.AZ xəbər verir ki,, məsələ sahibkarın “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adlı əmtəə nişanından istifadəsi ilə bağlıdır.

Şirkət iddia edir ki, sahibkar “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” əmtəə nişanından istifadə zamanı rəqabət qanunvericiliyini pozur.

Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi işlə bağlı araşdırma aparır.