11:19 - 22.07.2025
22 iyul, Fineko/abc.az. Hakerlər Microsoft SharePoint proqram təminatındakı zəiflikdən istifadə edərək dünyada təxminən 100 təşkilata, o cümlədən dövlət qurumlarına, universitetlərə və tibb müəssisələrinə “hücum” ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə ClaimsJournal.com. tədqiqatçıları istinad etdiyi məlumatlara əsasən bildiriblər.
Hücumlar ABŞ, Avropa, Asiya və Braziliya, Kanada və İngiltərə kimi ölkələrdə qeydə alınıb.
CrowdStrike и Google Mandiant məlumatına görə, hücumlar müxtəlif haker qrupları tərəfindən həyata keçirilir. Microsoft artıq bir düzəliş buraxıb və zəifliklərin aradan qaldırılması üzərində işləməyə davam edir. Hücumlar nəticəsində istifadəçilərin hesab məlumatları oğurlanmışdı. Ekspertlər təhlükəni son dərəcə ciddi adlandırırlar.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026