14:14 - 21.07.2025
21 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 25,8 %-i Rusiya, 17,6 %-i Türkiyə, 9,4 %-i Hindistan, 8,2 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Pakistan, 2,1 %-i Çin, hər birindən 1,9 % olmaqla İsrail və Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,6 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 %-ni kişilər, 32,1 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 %, Qırğızıstandan - 40,5 %, İordaniyadan - 20,7 %, Niderlanddan - 19,1 %, Qazaxıstandan - 18,3 %, ABŞ-dan - 17,7 %, Pakistandan - 16,7 %, Kanadadan - 16,0 %, İtaliyadan - 13,2 %, Cənubi Koreyadan - 13 %, Almaniyadan - 11,1 %, Özbəkistandan - 10,3 % artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 % artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7 % azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 % azalaraq 422,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5,8 % artaraq 558,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 %-i hava, 24,3 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026