“TBC Kredit" BOKT-un lisenziyası ləğv edilib

17:23 - 18.07.2025


18 iyul, Fineko/abc.az.  Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "TBC Bank"ının yerli törəməsi "TBC Kredit" bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını onun öz istəyi ilə ləğv edib.

ABC.AZ  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov “TBC Bank"ın nümayəndəsi və "TBC Kredit"in Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib. Görüşdə “TBC Bank"ın strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit"in fəaliyyətinin dayandırılması, bu məqsədlə təşkilatın lisenziyasının könüllü şəkildə ləğv olunması üçün müraciət edildiyini qeyd edib.

AMB “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsinə əsasən “TBC Kredit"in təqdim etdiyi ərizədən irəli gələrək oma verilmiş 29.02.2000-ci il tarixli, 111-KB nömrəli müvafiq lisenziya könüllü əsasla ləğv edib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil. Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.