18:34 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Rusiya mühəndisləri robotlar üçün insan dilində məlumat mübadiləsi imkanı verən ilk yerli əməliyyat sistemini yaradıblar.
ABC.AZ xəbər verir ki, bu, robotları idarə etməyi asanlaşdırır: insan mürəkkəb rəqəmsal əmrlər olmadan tapşırıqlar verə və onların icrasına nəzarət edə bilər. Robotlar özləri artıq hərəkətlərini müzakirə edə və dəyişən şərtlərə uyğunlaşa bilirlər. Bununla birlikdə, mütəxəssislər səhv riski, iş sürətinin azalması və enerji istehlakının artması barədə xəbərdarlıq edirlər.
30 İyul 2026
28 İyul 2026