10:56 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Ukrayna Azərbaycanı təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclasının yekununa dair məlumatında bildirilir.
“Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük anbarı rejimi altında xarici şirkətlərin ixtiyarına verilir”, - deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko bildirib.
Qeyd edib ki, nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizinin təkmilləşdirilməsi yolu ilə hər iki ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026