10:07 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Balaxanı Sənaye Parkının rezidentlərindən biri olan “Exol Azerbaijan” QSC 2024-cü ili 2 milyon 381 min manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ xəbər verir ki, 2023-cü ildə şirkətin mənfəəti 2 milyon 77 min manat olub ki, bu da illik müqayisədə 15% çoxdur.
Ötən il “Exol Azerbaijan”ın əsas əməliyyat gəlirləri 6 milyon 151 min manat (əvvəlki ilə nisbətən 0.6% az), satışın maya dəyəri 3 milyon 547 min manat (əvvəlki ilə nisbətən 4% az) təşkil edib.
2024-cü il 31 dekabr tarixinə “Exol Azerbaijan”ın cəmi aktivləri 2 milyon 164 min manat olub ki, bu da 2023-cü ilə nisbətən 0.7% artım deməkdir. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 1 milyon 418 min manatdan 1 milyon 804 min manata çatıb, cəmi kapitalı isə 730 min manatdan 359 min manata düşüb.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026