15:46 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Sentyabr ayında BƏƏ-də Woohoo restoranı açılacaq, burada menü, tərtibat, yeməklərin verilməsinə Chef Aiman dil modeli məsul olacaq.
ABC.AZ xəbər verir ki, restoranda yeməklər aşpazlar tərəfindən fiziki olaraq hazırlanacaq.
AI, qastronomiya və məhsulların molekulyar tərkibi ilə bağlı minlərlə resept və elmi araşdırmanı öyrənib. Restoran sahibləri "qeyri-adi ləzzət birləşmələri və maddələr"in olacağını söz veriblər. Menyuya daxil edilməzdən əvvəl yeməklər Reif Otmanın rəhbərliyi altında aşpazlar arasında dequstasiya olunur.
Gələcəkdə Chef Aiman adətən atılan məhsullardan istifadə edərək reseptlər hazırlayacaq. Söhbət ət qırıntıları və yağdan gedir. Müəssisənin yaradıcıları bunun qida tullantılarını azaltmağa və mətbəxin ekoloji təmizliyini artırmağa kömək edəcəyini iddia edirlər.
27 İyul 2026
25 İyul 2026