15:31 - 10.07.2025
10 iyul, Fineko/abc.az. İyulun 12-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Şahdağ Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçiriləcək.
ABC.AZ xəbər verir ki, sammitdə Türk Dövlətləri Təşkilatının və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026