Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar bu qədər azalıb

10:55 - 3.07.2025


3 iyul, Fineko/abc.az. İlin ilk 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091.1 milyon manat təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, proqnozdan 4.1 milyon manat və ya 0,1 faiz çox icra edilib.

Ötən ilin 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuşdur. İllik müqayisədə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5% azalıb.