10:19 - 3.07.2025
3 iyul, Fineko/abc.az. “OpenAI” şirkəti “Stargate” layihəsi çərçivəsində məlumat mərkəzləri qurmaq üçün “Oracle” ilə illik 30 milyard dollarlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Qəzetin mənbələrinə görə sözügedən məlumat mərkəzləri Texas, Miçiqan, Viskonsin, Vayominq, Nyu-Meksiko, Corctaun, Ohayo və Pensilvaniya kimi ştatlarda yaradılacaq.
“Oracle” şirkəti “Stargate” layihəsinə 7 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb və 2026-cı ildə daha25 milyard dollar xərcləməyi planlaşdırır. “Biz bütün rəqiblərimizdən daha çox bulud infrastrukturu məlumat mərkəzləri quracağıq və işlədəcəyik”, - deyə şirkətin təsisçisi Larri Elisson söyləyib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026