16:37 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Azərbaycan bazarında aşağı keyfiyyətə və təhlükəsizliyə görə ad çıxarmış dondurma istehsalçılarını araşdırnışıq.
ABC.AZ xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bir vaxtlar keçirdiyi monitorinqlərdə aşağıdakı istehsalçıların məhsullarında enterobacteriaceae bakteriyası aşkar edib.
1. Rich S.A MMC – “Saturn” karamelli və araxisli dondurma partiyasına görə
2. Yusubova Sərngül – “Vineto” qozlu dondurması
3. AER Company Qrup MMC
4. Band Milk MMC
5. S.A.B.A. Şirkəti MMC
6. A.Y.S‑60 MMC
7. Başqa fiziki şəxslərin istehsalında olan naməlum məhsullar
Bu şirkətlərin məhsulları ticarətdən geri çağırılıb və tədbirlər görülüb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026