12:23 - 30.06.2025
30 iyun, Fineko/abc.az. ABŞ-dan bir qrup alim məşhur birdəfəlik veyp markalarını araşdırıb. Məlum olub ki, bir neçə yüz çəkmədən sonra bəzi cihazlar çoxdəfəli veyplərdən və ya siqaretdən daha çox metal ifraz edir.
ABC.AZ-ın məlumatına görə, əlavə olaraq, hər çəkmədə aerozoldakı metal səviyyəsi artır.
Alimlər həmçinin müəyyən ediblər ki, veyp çəkərkən qurğulardan böyük miqdarda qurğuşun ifraz olunur. Bəzi elektron siqaretlər, bir gün ərzində demək olar ki, 20 qutu siqaretə bərabər miqdarda qurğuşun ifraz edib. Bu isə 380 siqaretə bərabərdir.
Bundan əlavə, bəzi cihazlarda nikel və antimuanın səviyyəsi normadan artıq olub ki, bu da xərçəng xəstəliyinin yaranma riskini ciddi şəkildə artırır.
4 Avqust 2026
4 Avqust 2026