12:27 - 11.06.2025
11 iyun, Fineko/abc.az. Hindistanda xarici turistlərin xərcləri 2024-cü ilin sonuna kimi 36,8 milyard dollar səviyyəsində görünməmiş yüksək səviyyəyə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə, Ümumdünya Səyahət və Turizm Şurasının (VTTC) məlumatında deyilir. Economic Impact Research (EIR) araşdırmasına görə, cari göstərici 2019-cu ilin sonunda qeydə alınan əvvəlki pik dəyərindən 9% yüksəkdir.
Hindistanın biznes səyahət sənayesi də rekord artım nümayiş etdirir, keçən il yerli və beynəlxalq işgüzar turistlərin xərcləri 2019-cu ilin zirvəsindən 2,6% çoxdur.
Ümumilikdə, 2024-cü ildə ölkəyə 20 milyon xarici səyahətçi səfər edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 2,3 milyon çoxdur. Səyahət sektorunun iqtisadiyyata verdiyi töhfə pandemiyadan əvvəlki göstəriciləri 20% üstələyib.
4 Avqust 2026
4 Avqust 2026