Rusiya İranın qaz layihələrinə 8 milyard dollar yatırır

12:14 - 5.06.2025


5 iyun, Fineko/abc.az. Rusiya İranın qaz layihələrinə 8 milyard dollar sərmayə yatırır.

ABC.AZ xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

Onlardan artıq 5 milyard dollarlıq konkret razılaşmalar əldə olunub, digər layihələr üzrə isə hələlik razılıq əldə olunmayıb.

Bununla yanaşı, 2024-cü ildə Rusiya artıq İran iqtisadiyyatına yatırılan vəsaitin həcminə görə lider olub.