09:40 - 5.06.2025
5 iyun, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin avqust ayı üçün ICE Futures birjasında qiyməti saat 09:35-ə olan məlumata əsasən $0,14 (0,22%) azalaraq bir barelə $64,72-a düşüb. İyunun 4–də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $0,77 (1,17%) azalaraq bir barel üçün $64,86-a enib.
Saat 09:35-ə olan məlumata əsasən, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçersləri $0,22 (0,38%), bir barel üçün $62,61-a düşüb. İyunun 4 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,56 (0,88%) ucuzlaşaraq bir barel üçün $62,85-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026