İran: Nüvə yanacağı üzrə Konsorsium uranın daxili zənginləşdirilməsini əvəz etməyəcək

11:05 - 3.06.2025


3 iyun, Fineko/abc.az. İran nüvə yanacağı tədarükü üzrə beynəlxalq konsorsiumun yaradılması ideyasını alqışlayır, lakin hesab edir ki, konsorsium uranın daxili zənginləşdirilməsini əvəz edə bilməz.

ABC.AZ xəbər verir ki, bu barədə Baş diplomat İsmayıl Baqei deyib.

O qeyd edib ki, hər hansı bir tərəf bu təşəbbüsü reaktorlar üçün nüvə yanacağının birgə təchizatı mexanizmi kimi irəli sürərsə, Tehran belə bir təklifə açıq olacaq.