09:20 - 2.06.2025
2 iyun, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti artır.
Brent markalı neftin avqust ayı üçün ICE Futures birjasında qiyməti saat 09:15-ə olan məlumata görə, $1,54 (2,45%) artaraq bir barel üçün $64,32-a yüksəlib. Mayın 30-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $0,57 (0,90%) azalaraq bir barelə $62,78-a enib.
Saat 09:15-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti $1,76 (2,90%), bir barel üçün 62,55-a yüksəlib. Mayın 30–da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,15 (0,25%) ucuzlaşaraq bir barel üçün $60,79-a düşüb.
Ötən həftə Brent markalı neft 1,36%, WTI nefti isə 1,2% ucuzlaşıb. May ayında Brent 4,65%, WTI isə 4,43% bahalaşıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026