Əhalinin daha yaxşı yaşadığı rayon və şəhərlər - Siyahı

11:51 - 30.05.2025


30 may, Fineko/abc.az. Əhalisinin varlı olması deyildikdə, adətən adam başına düşən gəlir, həyat səviyyəsi, mülkiyyət səviyyəsi və iqtisadi fəaliyyətin intensivliyi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, Azərbaycanda bu baxımdan fərqlənən şəhər və rayonları aşağıdakı kimi sıralamaq olar:

1. Bakı şəhəri

Neft-qaz sektoru, biznes və xidmət sahələrinin daha çox burada yerləşməsi əhalinin sosial durumuna da müsbət təsir edən amillərdəndir. 

Bakının ən varlı ərazilər isə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarıdır.

2. Sumqayıt

Sənaye şəhəri olduğu üçün Sumqayıtda maaşlar ölkə ortalamasından nisbətən yüksəkdir. Buradaki yeni tikililər və inkişaf edən infrastruktur həyat səviyyəsini artırır.

3. Xırdalan (Abşeron rayonu)

Xırdalan Bakı ilə yaxınlığı və çoxsaylı yeni yaşayış kompleksləri ilə iqtisadi baxımdan güclənib. Əmlak qiymətləri və kommersiya fəaliyyətləri yüksəlir.

4. Qəbələ

Bu şəhərə turizm potensialı və xarici sərmayələrin axını var. Bu səbəbdəb otellər, kurortlar və kənd təsərrüfatı ilə məşğul olanlar arasında gəlir yüksək ola bilər.

5. Naftalan

Müalicəvi turizm mərkəzlərinin çox olduğu Naftalanda sanatoriyalar yerli iqtisadiyyatı gücləndirir.

6. Şəki, Quba, Qusar, Qəbələ, İsmayıllı

Bu bölgələrdə turizm və kənd təsərrüfatı inkişaf etdikcə əhalinin gəlirləri də artmaqdadır. Xüsusilə yaz-yay aylarında turizm gəlirləri xeyli çox olur.

Müəllif: Elmir Murad