10:00 - 30.05.2025
30 may, Fineko/abc.az. Telegram 5 illik müddətə illik 9% gəlirlə 1,7 milyard dollar məbləğində istiqraz yerləşdirib.
ABC.AZ xəbər verir ki, bu barədə Pavel Durov məlumat verib. Bu məbləğin 950 milyon dollardan çoxu 2026-cı ildə ödənilməsi nəzərdə tutulan istiqrazların dəyişdirilməsinə, 745 milyon dolları isə yeni maliyyələşdirməyə yönəldiləcək. Əvvəlcə sövdələşmənin həcmi 1,5 milyard dollar nəzərdə tutulmuşdu, lakin yüksək tələbat səbəbindən artırılıb.
Durovun sözlərinə görə, investorların marağı “fenomenal” olub. O bildirib ki, indi şirkətin əvvəlki buraxılış üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün kifayət qədər vəsaiti var, onun maliyyə vəziyyəti isə “əla” olaraq qalır.