11:11 - 29.05.2025
29 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 399,6 milyon manat olub.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.
Birinci rübdə paytaxtda hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,7%-ni təşkil edir.