Dörd ayda Azərbaycanın qeyri-neft ixracının dəyəri 16 faiz artıb

15:02 - 26.05.2025


26 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 milyard 68,6 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Bu barədə ABC.AZ İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 296,7 milyon dollardan çox təşkil edib, bu da illik ifadədə 20 faizlik artım deməkdir.