Dörd ayda Azərbaycanın neft-qaz ixracından gəliri nə qədər olub?

12:24 - 20.05.2025


20 may, Fineko/abc.az. 2025-ci ilin 4 ayında (yanvar-aprel) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 7 milyard 716 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, o cümlədən 4 milyard 563 milyon dollarlıq xam neft, 3 milyard 65 milyon dollarlıq təbii qaz ixrac edilib.

2024-cü ilin yanvar-aprel aylarında  Azərbaycandan 7 milyard 249 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 364 milyon dollarlıq xam neft, 2 milyard 759 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.

Beləliklə, bu ilin 4 ayında xam neft ixracından gəlir 4.5%, qaz ixracından gəlir isə 11% artıb.