12:12 - 20.05.2025
20 may, Fineko/abc.az. Dünyanın ən böyük günəş panelləri (modulları) istehsalçılarından biri olan Çinin “JinkoSolar” fotovoltaik şirkəti Azərbaycanda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üçün modullar təchiz edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə şirkət məlumat verir.
“JinkoSolar” “Universal Energy” ilə “Qobustan” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsi üçün modulların təchizatı haqqında müqavilə imzalayıb. Layihənin həyata keçirilməsi zamanı “JinkoSolar” tərəfindən hazırlanmış TOPCon N-tipli modullar tam istifadə olunacaq. Bu tərəfdaşlıq “JinkoSolar” texnologiyalarının çətin (hava) şəraitində tanınmasını vurğulayır və şirkətin dünya fotovoltaik sistemləri bazarında lider mövqeyini gücləndirir", - məlumatda bildirilib.
Şirkət qeyd edib ki, layihə çətin iqlim şəraitinə malik ərazidə həyata keçirilir - yayda temperatur 45°C-yə çatır, tez-tez güclü küləklər, toz fırtınaları müşahidə olunur.
"TOPCon N-tipli modullar öz texniki xüsusiyyətlərinə görə seçilib. Bunlara hər vatt üçün yüksək çıxış gücü, istənilən hava şəraitində etibarlı işləmə və ümumi enerji istehsalının artırılması daxildir. İkitərəfli əmsalı sayəsində xarici generasiya effektivliyi 85 %-ə qədər əhəmiyyətli dərəcədə artır, bu da ümumi istehsalı təxminən 3,38 % artırmağa imkan verir", - məlumatda vurğulanıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026