17:12 - 15.05.2025
15 may, Fineko/abc.az. Oracle 10 il ərzində Səudiyyə Ərəbistanında bulud və Aİ-xidmətlərin inkişafına 14 milyard dollar sərmayə qoymaq istəyir.
ABC.AZ xəbər verir ki, Oracle-ın baş direktoru Safra Katzın sözlərinə görə, Krallıqla tərəfdaşlıq iqtisadiyyatı, səhiyyəni və ABŞ ilə münasibətləri gücləndirəcək. Şirkət artıq Ciddə və Riyadda iki bulud bölgəsinə sahibdir, üçüncüsü isə Neomda planlaşdırılır.
İnvestisiya BƏƏ-də analoji addımdan sonra irəli sürüldü. Oracle, AI avadanlıqlarına ixrac məhdudiyyətlərinin aradan qaldırılması fonunda Yaxın Şərqdə iştirakını genişləndirir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026