11:52 - 14.05.2025
14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 38 milyon manat olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 1 milyard 357,2 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,1 % artaraq 72,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 55,2 milyon manata çatıb.
Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,8 % artaraq 355,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 % artaraq 251,1 milyon manat olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026