12:03 - 12.05.2025
12 may, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 12 may tarixində Jambıl vilayətində 1 QVt gücündə külək elektrik stansiyasının tikintisinə dair Birləşmiş Ərəb Əmirlikləri ilə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
ABC.AZ-ın məlumatına görə, layihə küləyin pik yüklənməsi və sakit vaxtlar arasında enerji axınının balanslaşdırılması üçün 600 MVt·saat tutumlu enerji yığımı sistemini də nəzərdə tutur.
Tikiləcək müəssisədə Masdar və W Solar şirkətləri 40%-lik paya sahib olacaq. "Samruk-Energo" holdinqi 18%, Qazaxıstan İnvestisiya İnkişaf Fondu isə 2% pay əldə edəcək. Saziş 2023-cü ilin dekabrında imzalanıb. Qazaxıstan hökuməti investorların gözlənilməz xərclərini kompensasiya etməyi və külək axınına təsir edə biləcək tikintilərə yol verməməyi öhdəsinə götürüb.
Energetika nazirinin müavini Sunğat Yesimxanov daha əvvəl bildirmişdi ki, Qazaxıstan 2024-cü ildən etibarən Rusiyadan elektrik enerjisi idxalını azaltmağı, 2027-ci ildə isə ixraca başlamağı planlaşdırır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026