Azərbaycan nefti ucuzlaşıb

10:03 - 8.05.2025


8  may, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,69 ABŞ dolları, yaxud 2,6 % azalaraq 63,25 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.