14:37 - 5.05.2025
5 may, Fineko/abc.az. NASA Lunar Trailblazer tədqiqat zondu bərpa etməyə cəhd göstərəcək. Lunar Trailblazer 26 fevralda Falcon 9 raketi ilə Athena (Afina) zondu ilə birlikdə kosmosa buraxılıb.
ABC.AZ xəbər verir ki, buraxılışdan cəmi 11 saat sonra zondla əlaqə kəsilib və idarəetmə itirilib. İki aydan çoxdur ki, NASA zondla əlaqə qurmağa çalışır. Agentlik ümid edir ki, Günəşin əlverişli mövqeyi ən azı aparatın batareyalarının yenidən enerji ilə doldurulmasına imkan verəcək.