Tramp üçüncü dəfə prezident olmaq istəmir

10:04 - 5.05.2025


5 may, Fineko/abc.az. İkinci prezidentlik dövrünün sonunda Ağ Evdəki vəzifələrini təhvil verəcəyini açıqlayan ABŞ prezidenti Donald Tramp üçüncü müddətə prezident olmaq fikrində olub-olmaması ilə bağlı söz-söhbətlərə son qoyub.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ barədə Tramp “NBC News”a açıqlama verib.

Amerikalı lider üçüncü dəfə prezident olmaq istəmədiyini bildirib.

“Səkkiz illik prezident, yəni iki müddətə prezident olacağam. Bunun hər zaman çox vacib olduğunu düşünmüşəm” - deyə Tramp qeyd edib.