Mastercard I rübdə xalis mənfəətini təxminən 9% artırıb

10:57 - 2.05.2025


2 may, Fineko/abc.az. 2025-ci ilin birinci rübündə Mastercard şirkətinin xalis mənfəəti 8,9% artaraq 3,28 milyard dollar təşkil edib. Səhm üzrə seyrəlmiş mənfəət 3,59 dollar olub, bu göstərici ötən ilin eyni dövründə 3,22 dollar idi.

ABC.AZ xəbər verir ki, şirkətin gəliri 14,2% artaraq 7,25 milyard dollara çatıb və analitiklərin 6,15 milyard dollarlıq gözləntilərini üstələyib. Şirkətin baş direktoru Maykl Mibax qeyd edib ki, Mastercard-ın davamlı və şaxələndirilmiş biznes modeli iqtisadi qeyri-müəyyənlik şəraitində belə effektiv fəaliyyət göstərməyə imkan verir.