14:53 - 1.05.2025
1 may, Fineko/abc.az. Qazaxıstan yeni investisiya vizası qaydalarını tətbiq edərək ölkənin investisiya cazibədarlığını artırmağı hədəfləyir.
ABC.AZ xəbər verir ki, Qazaxıstan şirkətlərinə və ya qiymətli kağızlara ən azı 300 min dollar sərmayə qoyan xarici ölkələrin vətəndaşları 10 ilə qədər yaşamaq hüququ ilə “qızıl viza” ala bilərlər. Bu, beynəlxalq bizneslə inteqrasiya və Qazaxıstanın dünya bazarında rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımdır.
Ekspertlər, yeni təşəbbüsün 2030-cu ilə qədər əlavə olaraq 3 milyard ABŞ dolları investisiya cəlb edəcəyini proqnozlaşdırırlar.