Slovakiya Aİ-dən qaz tranziti üzrə danışıqların bərpasına nail olub

12:00 - 1.05.2025


1 may, Fineko/abc.az. Slovakiya hakimiyyəti Avropa İttifaqı səviyyəsində Ukrayna üzərindən qaz tranziti üzrə danışıqların bərpasına nail olub.

ABC.AZ xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Haşpar bildirib.

“Biz Ukrayna üzərindən qaz tranzitinin bərpası ilə bağlı danışıqlara qayıtmağı xahiş etdik. Avropa Şurası bunu təsdiqlədi və hazırda Rusiya qazının Ukrayna üzərindən və Slovakiya vasitəsilə Avropaya tədarükünün bərpası üzrə danışıqlar aparılır. Bu, həmçinin münaqişənin dayandırılması üzrə danışıqların necə irəliləyəcəyindən də asılı ola bilər”, — deyə o bildirib.

Tibor Qaşparın qeyd etdiyi kimi, bir sıra ölkələr, o cümlədən təkcə Slovakiya deyil, Ukraynanın özü də Rusiya enerji daşıyıcılarının tranzitindən qazanc əldə edirdi. Onun fikrincə, onların tədarükünün məhdudlaşdırılması Aİ ölkələrinə milyardlarla avroya başa gəlib.