Neft ucuzlaşır, Brent bir barel üçün $63,49 təşkil edib

09:58 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki enişdən sonra çərşənbə günü ticarətdə düşməyə davam edir.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti saat 09:54-də $0,76 (1,18%), bir barel üçün $63,49-a düşüb. 29 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $1,61 (2,44%) – bir barel üçün $64,25-a qədər ucuzlaşıb.

Saat 09:54-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçerslərinin dəyəri $0,79 (1,31%) azalaraq bir barel üçün 59,63-a düşüb. 29 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $1,63 (2,63%) – bir barel üçün $60,42-a düşüb.