Dolların ucuzlaşacağı barədə “Deutsche Bank”-dan xəbərdarlıq

10:39 - 25.04.2025


25 aprel, Fineko/abc.az. “Deutsche Bank” yaxın illərdə dolların aşağı düşməsi ilə bağlı xəbərdarlıq edir ki, bu da ABŞ valyutasının avroya nisbətdə son on ilin ən aşağı səviyyəsinə enməsinə gətirib çıxaracaq.

ABC.AZ xəbər verir ki, Bankın strateqləri iddia edirlər ki, ABŞ tariflərinin mənfi təsiri investorları ABŞ aktivlərini satmağa məcbur edəcək, bu isə dolların ucuzlaşmasına gətirib çıxaracaq.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ siyasəti ilə bağlı artan qeyri-müəyyənlik fonunda dollar son 16 ayın ən aşağı səviyyəsinə düşüb, bu da onu dünyanın ehtiyat valyutası statusu ilə bağlı yeni suallar doğurur.

“Bloomberg” agentliyinin hesablamalarına görə, dollar indeksi bu ay təxminən 4% ucuzlaşıb. Bank avronun məzənnəsinin 2027-ci ilin sonuna kimi 1,30 dollara qədər yüksələcəyini proqnozlaşdırır ki, bu da sonuncu dəfə 2014-cü ildə müşahidə olunan səviyyədir.