Meyvə-tərəvəz və çay ixracında artım dinamikası davam edir

12:03 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ənənəvi ixrac məhsulları olan meyvə-tərəvəz və çay satışında artım qeydə alınıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına görə, hesabat dövründə çay ixracı ötən ilin müvafiq dövrünə nəzərən 19,5%, meyvə-tərəvəz ixracı isə 16,4% artıb.

Eyni dövr ərzində spirtli və spirtsiz içkilərin ixracında da 3,0%-lik artım müşahid olunub.