14:49 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Azərbaycanda ən çox və ən az qeyri-faiz xərcləri olan banklar məlum olub. 22 bankdan 3-nün qeyri-faiz xərci 100 milyon manadan çoxdur.
ABC.AZ bankların 2025-ci ilin I rübünə olan maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda ən çox qeyri-faiz xərci “Kapital Bank”a məxsus olub. Belə ki, bankın qeyri-faiz xərci 210 milyon 119 min manat təşkil edib.
İkinci ən çox qeyri-faiz xərci Beynəlxalq Banka (ABB) məxsus olub. ABB-nin qeyri-faiz xərci 130 milyon 166 min manat təşkil edib. Siyahının üçlüyünü isə 112 milyon 488 min manatla “Paşa Bank” tamamlayır.
Ən az qeyri-faiz xərci isə “Bank Melli İran” Bakı filialı (481 min manat) məxsus olub.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026