15:20 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Yeni model tam elektrikli versiyada və həmçinin bir yükləmə ilə 1300 km-dən çox məsafə qət etməyə imkan verən hibrid güc qurğusu ilə təqdim olunacaq.
ABC.AZ-ın verdiyi məlumata görə, EZ-60 zərif və aerodinamik avtomobildir. Onun uzunluğu 4850 mm, eni isə 1935 mm-dir. Qara panoramlı tavan və ikirəngli ban örtüyü krossoverə müasir və parlaq görünüş verir.
Hibrid modelin güc qurğusu 1,5 litrlik benzin mühərrikindən (generator kimi istifadə olunur) və 258 at gücündə elektrik mühərrikindən ibarətdir.
Çində satışa çıxarıldıqdan sonra Mazda EZ-60 modelini qlobal bazara CX-60 adı ilə çıxarmağı planlaşdırır.
Qiymətlər və rəsmi satış tarixləri hələ açıqlanmayıb.