17:01 - 14.04.2025
14 aprel, Fineko/abc.az. “Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.
Məlumata görə, uçuşlar həftədə iki dəfə – bazar və çərşənbə günləri həyata keçiriləcək.
Təyyarə Lahordan yerli vaxtla saat 11:50-də qalxacaq, Bakıya isə yerli vaxtla 15:30-da enəcək. Uçuş müddəti 4 saat 40 dəqiqə təşkil edəcək.
Yeni marşrutun Pakistan və Azərbaycan arasında ikitərəfli turizmin, eləcə də ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi gözlənilir.
Bu ayın əvvəlində PIA Kəraçidən Bakıya birbaşa reyslərin açıldığını elan edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026