16:39 - 14.04.2025
14 aprel, Fineko/abc.az. Qazaxıstanın “Air Astana” şirkəti Mayın 31-dən Atıraudan Bakıya birbaşa müntəzəm uçuşlara başlayır.
ABC.AZ xəbər verir ki, bu barədə “Air Astana”nın məlumatında bildirilib.
Məlumata görə, uçuşlar həftədə üç dəfə “Airbus A320/A321” təyyarələri ilə həyata keçiriləcək. Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə olacaq.
Qeyd olunub ki, KC277 reysi Atıraudan bazar ertəsi və şənbə günləri saat 18:30-da, çərşənbə günləri isə saat 21:35-də həyata keçiriləcək.
KC278 Bakı-Atırau reysi üzrə uçuşlar isə bazar ertəsi və şənbə günləri saat 19:55-də, çərşənbə günləri saat 23:00-da yerinə yetiriləcək. (APA)
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026