16:56 - 11.04.2025
11 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 853.6 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.9% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-mart ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.9 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026