Apple şirkəti Çindən ABŞ-a köçərsə, onun məhsullarının qiyməti iki dəfə artacaq

10:51 - 11.04.2025


11 aprel, Fineko/abc.az. iPhone da daxil olmaqla bütün Apple məhsullarının qiymətləri, potensial olaraq Çindən ABŞ-a köçürülsə, iki dəfə artacaq.

ABC.AZ xəbər verir ki, bu barədə telekom bazarındakı mütəxəssislər məlumat veriblər.

Hər şeydən əvvəl, bu, ABŞ-da xeyli baha olan işçi qüvvəsinin dəyəri səbəbindən baş verəcək. Eyni zamanda, Apple tərəfindən belə bir addım az ehtimal olunan adlandırılıb.